Şou-biznes

Baləlinin Rəşad Dağlı ilə həbsxanadan görüntüsü yayıldı - FOTO

4 Sentyabr 2025 19:58
Baxış: 741
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Üç ildən çoxdur həbsdə olan meyxanaçı Rəşad Dağlının cəzaçəkmə müəssisəsindən növbəti görüntüsü yayılıb.

Milli.Az-ınməlumatına görə, meyxanaçı Baləli 11 saylı cəzaçəkmə müəssisəninə həmkarını ziyarətə gedib. Foto orada lentə alınıb.

Qeyd edək ki, Rəşad Dağlı qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay azadlıqdan məhrum edilib. Hazırda cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkir.

Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən (Cəzaların İcrası Məcəlləsi 84.1) müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malikdirlər. (Manset.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.