Eyvandan zibil atıb, fəxrlə paylaşdı - VİDEO

24 Noyabr 2025 10:40

Bakıda gəncin hərəkəti narazılıq doğurub.

Milli.Az xəbər verir ki, yaşayış binasından yerə, maşınların üstünə zibil atan şəxs bunu məharətmiş kimi sosial şəbəkə hesabında da paylaşıb.

Rəylərdə ona təhqir dolu şərhlər yazılıb.

Qeyd edək ki, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimələnir.

Milli.Az