700 dollara Azərbaycana qarşı döyüşdüyünü etiraf etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabrın 5-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Balayanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər səsləndirilib.
Milli.Az AZƏRTAC-a istinadla xəbər verir ki, onun ibtidai istintaqa verdiyi ifadələrə əsasən, 1995-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb, 1998-ci ilədək Şuşada, Xankəndidə və Xocalıda yerləşən, nömrələrini xatırlamadığı hərbi hissələrdə əsgər kimi xidmət edib, bu müddətdə ona "AKS-74" avtomat silah təhkim olunub. Xidmət etdiyi hərbi hissələrdə Rusiya Federasiyası istehsalı olan "T-55", "T-72" tipli ağır döyüş tankları, "BMP-1", "BMP-2" markalı piyadaların döyüş maşınları yerləşdirilib. Qeyd edib ki, yuxarı komandirlərdən biri olan Levon Mnatsakanyan (hazırda həbsdə olan təqsirləndirilən şəxsdir - red.) tez-tez hərbi hissələrə gəlib döyüş hazırlığı vəziyyətini yoxlayıb.
2020-ci il sentyabrın 20-də "Xankəndi şəhəri hərbi komissarlığı" tərəfindən məcburi şəkildə "silahlı qüvvələr"in tərkibində "xidmət"ə çağırılıb və 44 günlük müharibənin ilk günlərində, yəni sentyabrın 27-dən oktyabrın 2-dək Suqovuşan qəsəbəsi ərazisində dislokasiya olunmuş "3-cü müdafiə xətti"ndə silahlı birləşmənin tərkibində döyüşlərdə iştirak edib. Xidmət etdiyi batalyonun adı "Alaşa" olub.
L.Balayan ibtidai istintaqa ifadəsində bildirib ki, 2023-cü il mayın 1-də Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində Ruben Vardanyan tərəfindən yaradılmış və maliyyələşdirilən silahlı birləşmələrdən birinə qoşulub. Həmin vaxtdan "Artsakhbank" (Ermənistan bankıdır - red.) adlanan banka aid kart vasitəsilə aylıq 170 min dram, yəni 700 ABŞ dolları məbləğində əməkhaqqı alıb. Sentyabrın 20-də Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq





