Qurbağa yemək olar? Dində buna icazə verilir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sual: Qurbağa yemək olar? Bu barədə məlumat versəydiniz, şad olardım.
Cavab: Bir həkim peyğəmbərimizə (s. a. v.) qurbağadan alınıb hazırlanan bir dərmanın hökmü barədə sual verdiyi vaxt peyğəmbərimiz qurbağanın öldürülməsini qadağan edib. ((Əhməd ibn Hənbəl, 3/453; Əbu Davud, Tibb, 11; Nəsai, Sayd, 36; İbn Macə, Sayd, 10.))
Peyğəmbərimiz (s. a. v.) başqa bir hədisdə murdar (pis, xəbis) hesab edilən şeylərin dərman kimi istifadə olunmağını qadağan edib. ((Əbu Davud, Tibb, 11, Ədəb, 165.))
Yuxarıdakı iki hədisi birlikdə qiymətləndirdiyimiz vaxt belə məlum olur ki, peyğəmbərimiz qurbağanı çirkin hesab edib. Qurani-Kərimdə isə Allah Təala sadəcə olaraq təmiz olanları yemək əmri buyurub:
"Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin təmiz / tayyib olanlarından yeyin; əgər siz ancaq Allaha ibadət edirsinizsə, Ona şükür edin". ((Bəqərə, 2/172.))
Digər ayələr üçün baxın: Bəqərə, 2/168; Maidə, 5/88; Ənfal, 8/69; Nəhl, 16/114; Taha, 20/81; Muminun, 23/51.
Allah başqa bir ayədə peyğəmbərimiz (s. a. v.) haqqında: "O peyğəmbər onlara yaxşılığı əmr edir; onları pisliklərdən uzaqlaşdırır və onlara təmiz şeyləri halal, murdar şeyləri də haram qılır". (Əraf, 7/157), - deyə buyurub.
Yuxarıdakı dəlillərdən belə başa düşülür ki, qurbağa pis olduğuna görə onu yemək olmaz. Məzhəblər qurbağanı öldürməyi qadağan edən hədisi əsas götürərək qurbağanın yeməli olmadığını bildirirlər. Bu məsələdə Maliki məzhəbi istisna təşkil edir. Çünki bu məzhəb - yarasadan başqa - Quranda bildirilən haram qidaların xaricində heç bir qidanı haram hesab etmir. Peyğəmbərin əshabəsini görmüş alimlərdən biri olan Şəbi (öl. 103 h): "Əgər ailəm (ailə üzvlərim) qurbağa yesəydi, mən də onlara yedirdərdim", - deməklə qurbağa yeməyi haram hesab etmədiyini bildirib. ((Buxari, Zəbaih, 12.))
Nəticə olaraq bizim fikrimiz belədir ki, qurbağa yemək olmaz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
XƏBƏR LENTİ
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)





