Maraqlı

Demensiyanı 8 il əvvəldən təyin edən metod tapıldı

22 Oktyabr 2022 23:45
Baxış: 1 090
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər demensiyanı 8-9 il əvvəldən təyin etməyə imkan verən metod və simptomlar aşkarlayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Britaniya alimləri yeni elmi işlərinin nəticəsini ortaya qoyub.

Kembric universitetinin neyrobioloqları bildirir ki, beynin işinin pozulmasının ilkin əlamətlərini 8-9 il əvvəldən görmək olur.

Onlar UK Biobankda olan 40-70 yaş arası 500 min insanın genetik informasiya bazasını təhlil edib.
Burda həmin insanların koqnitiv vəziyyəti, bu illər ərzində kordinasiyanı itirib neçə dəfə yıxılması halları da qeyd olunub.

500 min insandan 7600 nəfərində demensiya əmələ gəlib.
Bu insanlar diaqnoz qoyulmazdan illər öncə il ərzində bir neçə dəfə yıxılıb, səntələyib.

"Biz xəstələrin tarixçəsini öyrənəndə, məlum oldu ki, onlarda hələ 8 il əvvəl koqnitiv pozulmalar müşahidə olunub. Elə bu əlamətlərə görə, onlara elə o vaxt diaqnoz qoymaq olardı.
Belə pozulmalar adətən 5-6-7 il əvvəldən başlayır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.