Maraqlı

Hətta ən kiçik fibroadenoma belə qorxulu ola bilər

23 Avqust 2022 20:05
Baxış: 584
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Süd vəzilərində fibroadenomalar qadınlarda 17-35 yaş arası aktiv yarana bilir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, mammoloq onkoloq Danail Fazliev bu adenomaların təhlükəli olub-olmamasından danışıb.
"İlk baxışdan zərərsiz görünən bu düyünlər xoşxassəli xarakterizə olunsa da, onların gələcəkdə xərçəngə çevrilmə ehtimalı çoxdur.

Biz bilmirik nə qədər qadında nə qədər fibroadenoma var. Belə şişlər adətən heç bir şikayət vermir. Müayinədə təsadüfi aşkarlanır.

Mammoqrafiya dəqiq göstərir. Bəzən düyünü əl altında hiss etmək olur. O, möhkəmdir, ətraf toxumaya birləşməyib, hərəkətlidir.
Əgər şiş böyüyübsə, diskomfort, ağrı, süd vəzidə deformasiya hiss olunur.

Süd giləsindən axıntı gəlirsə, deməli o artıq xassəsini dəyişib.

Xərçəng şişlərini fibroadenomadan fərləndirmək çətindir. Xərçəng artıq maskalanmağı öyrənib. Ona görə istənilən şübhə zamanı biopsiya vacibdir" - deyə həkim bildirib.

Əgər əməliyyat mümkündürsə, istənilən ölçüdə fibroadenimaları kəsmək daha doğrudur, nəinki saxlamaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.