Maraqlı

Saçlarınız tökülürsə, banan maskası edin

23 İyul 2022 16:45
0 Şərh     Baxış: 665
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Banan kalium, antioksidantlar, təbii yağlar və vitaminlərlə zəngindir. Bu da onu saç tökülməsinə qarşı istifadə edilə bilən ideal vasitə edir.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, banan təkcə saçların tökülməsinin qarşını almır. Eyni zamanda, onları parlaq edir, yumşaldır, kəpəyi aradan qaldırır və nəmləndirir.

Tərkibi: 

2 banan
1 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı kokos yağı
1 xörək qaşığı bal

Bütün inqrediyentləri qarışdırıb baş dərinizdən başlayaraq bütün saça çəkin. Maskanın saçda beş dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

Həmçinin, bananı yaxşıca əzib üzərinə 8 damcı badam yağı əlavə edin. Bu qarışığı saçınıza çəkib, bir saat gözləyin. Sonda soyuq su ilə yuyun. Bu maska da saç tökülməsinin qarşısını əhəmiyyətli dərəcədə alacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.