Maraqlı

Stallone əsəbiləşdi

19 İyul 2022 16:54
0 Şərh     Baxış: 1 035
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur amerikalı aktyor Silvestr Stallone "Rokki" filminin prodüseri İrvin Uinklerə qarşı çıxış edərək, rejissoru boksçu franşizasından əhəmiyyətli maliyyə payını saxlamaqda ittiham edib.

Milli.Az bildirir ki, o, müvafiq postu İnstaqram səhifəsində yerləşdirib.

76 yaşlı Stallone sosial şəbəkədəki səhifəsində Uinklerin iti dilli ilan şəklində portretini yerləşdirib. Şəkil rejissoru tənqid edən yazı ilə müşayiət olunub.

"İrvin 47 ildən artıqdır ki, "Rokki"yə nəzarət edir və indi "Krid"ə nəzarət edir və mən də haqlı olaraq mənim olan şeylərdən heç olmasa bir qismini almaq istərdim. Əvvəl bütün bunlar onun uşaqlarına gedirdi. Düşünürəm ki, bu, 93 yaşlı centlmen tərəfindən ədalətli qərar olardı", - aktyor yazıb.

Stallone də etiraf edib ki, bu onun üçün ağrılı hekayədir və o, "övladları üçün "Rokki"dən nəsə buraxmaq" istəyir.

Stallone idmançı haqqında çəkilən altı orijinal filmin hamısında boksçu Rokki Balboanı canlandırıb, beşini də özü yazıb rejissorluq edib. Aktyor son illərdə üzərində işlədiyi məşhur film franşizalarında müəllif hüquqlarının olmaması ilə bağlı səs-küy salıb.

İlk "Rokki" filmi 1976-cı ildə çıxdı. 1,1 milyon dollarlıq büdcə ilə bu dram ABŞ kassasında ən çox gəlir gətirən film oldu və dünya üzrə 225 milyon dollar qazandı.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.