Maraqlı

“WhatsApp”da daha bir yenilik

5 İyul 2022 11:52
0 Şərh     Baxış: 1 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WhatsApp"ın tərtibatçıları dayanmadan istifadəçilərə yeni imkanlar təklif etməkdə israrlıdırlar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu yaxınlarda onlar emojilərdən istifadə edərək digər insanların mesajlarına cavab vermək funksiyasını təqdim ediblər. Hazırda isə messencerin texniki komandası bu məqsədlər üçün istifadə olunan işarələrin siyahısını genişləndirməyi düşünür.

Məlumata görə, yaxın vaxtlarda mesajlara istənilən emoji ilə cavab vermək mümkün olacaq.

Qeyd edək ki, hazırda yeniliyin istifadəçilər üçün nə zaman əlçatan olacağına dair dəqiq məlumat yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.