Maraqlı

İnsanı gözəlləşdirən 10 ərzaq – Kişi və qadınlar üçün

21 May 2022 20:35
0 Şərh     Baxış: 852
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnsanın zahiri gözəlliyinə təsir edən amillərdən biri də qidalardır.

Saçlar, dəri, dırnaqlar, sümük-əzələ sisteminin sağlamlığı gözəllik meyarıdır.

Milli.Az bakupost-a istinadən sağlam gözəlliyi təmin edən 10 vacib qidanı təqdim edir.

1. Uzun acı bibər, çili bibəri - 100 qram bu istiotda 400% gündəlik C vitamini dozası var. C vitamini kollagen sintezi üçün vacibdir.

2. Qarağat, qaragilə, böyürtkən, moruq - antioksidant və C vitamini mənbəyidir.

3. Godji giləmeyvəsi - həm özü, həm çayı A vitamini mənbəyidir, bu da gənclik vitaminidir.

4. Pomidor, tomat şirəsi - güclü antioksidantdır. B 7 vitamini mənbəyidir

5. Kök - A, E vitamin, beta karoton mənbəyidir. Dəri, gözlər üçün vacibdir. Gözəllik mənbəyi biotinlə zəngindir

6. Brokkoli kələmi - dəri hüceyrələrini yeniləyir

7. Qırmızı şərab, çaxır - bədəndə iltihabı azaldır, dərini bərpa edir, ömrü uzadır

8. Avokado - A, E, K vitamini bombasıdır. Qadınlar üçün gənclik mənbəyidir

9. Sirkə, xüsusən alma sirkəsi - içmək yox, amma salatlara, yeməklərə qatıb mütəmadi qəbul etmək olar. İmmunitet, bağırsaq, beyin üçün faydalıdır.

10. Qoz, badam, fındıq, araxis - kişi və qadınların enerjisi, dərinin tonusu üçün vacibdir.

Eləcə də gözəllik üçün gündə 1 litrdən artıq təmiz su və arada mineral qazsız sular içmək vacibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.