Səhvlərindən nəticə çıxarmayan bürclər – Kimlər xəta dalınca xətaya yol verir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər bir insan səhv edə bilər, lakin, bir qayda olaraq, daha sonra nəticə çıxarmağa çalışır, yenidən eyni xətaya düşməkdən qaçmağa çalışırlar. Eyni zamanda, astroloqlar hesab edirlər ki, bəzi bürclərin nümayəndələri nə qədər çalışsalar da, səhvlərdən qaça bilməzlər və görünür, onlardan heç vaxt dərs almırlar.
Milli.az bizim mediaya-ya istinadən həmin bürclərin siyahısını təqdim edirik:
Buğa
Buğalar səhv etdiklərini özləri heç vaxt anlamırlar. Bu bürcün nümayəndələri xətalarını yalnız başqaları bu barədə onlara dedikdə anlaya bilərlər. Ancaq Buğalar heç vaxt öz-özlərinə nəticə çıxarmayacaqlar. Lakin astroloqlar bu bürc altında doğulanların səhv etdiklərini başa düşdükdə, təəssüf hissi keçirdiklərini qeyd edirlər. Ancaq bu təəssüf də qısa müddət davam edir.
Əkizlər
Əkizlər səhvlərindən nəticə çıxarmaq istəmədikləri üçün deyil, tez unutduqları və yollarına davam etdikləri üçün bu siyahıda özlərinə yer tapıblar. Buna görə də, astroloqların fikrincə, bu bürcün nümayəndələri əzab-əziyyətə məruz qalırlar və həyatlarında bir çox şeylər yolunda getmir.
Xərçəng
Xərçənglər ardıcıl bir neçə uğursuzluqdan sonra belə səhvlərini dərk etmirlər. Astroloqların fikrincə, bu bürcün nümayəndələri həmişə problemlərin həllinə yanaşmanı dəyişdirməyə çalışırlar ki, bu da özlüyündə faydalıdır. Ancaq mütəxəssislərin dediyi kimi, Xərçənglər dərk etmirlər ki, bəzən yalnız dərsləri öyrənmək lazımdır və yanaşma eyni qala bilər. Bu bürcün nümayəndələri həyatda uğursuzluqların öz keçmiş səhvlərinin nəticəsi olduğunu başa düşməkdə çətinlik çəkirlər.
Qız
Mütəxəssislərin fikrincə, Qız bürcləri öz səhvlərinə həmişə oxşar şəkildə reaksiya verirlər: onları edir, bir müddət peşman olur, sonra unudub yoluna davam edir. Bu bürcün nümayəndələrinin öz səhvlərindən dərs almamaları unutqanlıqları ilə bağlıdır. Baxmayaraq ki, bəzən onlar əslində buna əhəmiyyət vermirmiş kimi davranırlar, lakin Qız bürcünün uğursuzluqları onların həyatına və karyerasına təsir edir.
Qoç
Qoç üçün bəzən mühakimələrində səhv ola biləcəyini etiraf etmək çətindir. Dəyişkən emosional vəziyyətlərinə görə onlar etdikləri səhvlərə diqqət yetirmirlər. Qoçlar tez özlərindən çıxdığı üçün ardıcıl olaraq eyni səhvləri təkrar edirlər. Sakitləşdikdən sonra səhv etdiklərini anlasalar belə, sükut dövrü müvəqqəti olduğu üçün yenidən əvvəlki qaydada xətaları sıralayırlar.
Dolça
Dolçalar müstəqillik və azadlıq sevgisini nümayiş etdirməyi sevirlər. Onlar sadəcə başqalarının fikirlərinə qulaq asmamaq üçün, məqsədyönlü şəkildə səhv etməyə hazırdırlar. Dolçalar öz uğursuzluqlarından qaçmaq üçün başqalarının onların səhvlərini təhlil etmək istəmələrini heç vaxt nəzərə almayacaqlar. Buna görə də onlar tez-tez səhv edə bilərlər, lakin inadkarlıqla öz tərzlərində hərəkət etməyə davam edirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi





