Maraqlı

Bu ölkədə maska tələbinin ləğvindən sonra yoluxanların sayı azaldı

4 May 2022 21:00
0 Şərh     Baxış: 987
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Koreyada maska tələbinin ləğvindən sonra koronavirusa yeni yoluxanların sayı 50000-dən aşağı düşüb.

Milli.Az qaynarinfo-ya istinadla xəbər verir ki, Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyinin (KDCA) məlumatına görə, ölkədə 29-u xaricdən daxil olmaqla 49,064 yeni COVID-19 infeksiyası qeydə alınıb və ümumi yoluxanların sayı 17 395,791-ə çatıb.

Mart ayının 17-dən gündəlik yoluxma hallarında azalma müşahidə olunub.

Qeyd olunur ki, ölkə çərşənbə günü 72 ölüm faktı qeydə alınıb. Ölənlərin ümumi sayı 23,079-a çatıb. Bununla da ölüm nisbəti 0,13 faiz təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.