Maraqlı

Hər evdə tapılan bu ot güclü TƏZYİQ SALAN vasitədir

7 May 2022 20:45
0 Şərh     Baxış: 1 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kəklikotu bir çox evlərdə çaya və bəzi yeməklərə də əlavə olunur.

Bu ətirli otun bir çox faydalı xüsusiyyətləri var - orqanizmdə iltihabı azaldır, immun sisteminə müsbət təsir edir, viruslarla mübarizə aparır.

Lakin kəklikotunun ən böyük faydası onun hipotenziv təsiridir.

Saglamolun.az Plant Foods for Human Nutrition jurnalına istinadla bildirir ki, aparılmış araşdırmaların nəticələrinə görə, kəklikotu yüksək arterial təzyiqi salır və ürək döyünməsini tənzimləyir.

Bundan əlavə kəklikotu orqanizmdə yaxşı xolesterinin səviyyəsini qaldırır və bununla da orqanizmə pis xolesterindən azad olmağa yardım edir.

Kəklikotu bir çox faydalı maddələrlə zəngin olduğundan (A, C, E, K vitaminləri, kalsium, kalium, fosfor, dəmir) damarların vəziyyətinə çox müsbət təsir edir, damarlarda iltihabın yaranmasının qarşısını alır. Bu çox vacibir ki, damarları daraladan və bununla da infarkt və insultun riskini artıran xolesterin sağlam damarlarda deyil, iltihablaşmış damarlarda yığılır.

Beləliklə, alimlər kəklikotunu bütün ürək-damar sistemi üşün ən faydalı bitkilərdən biri kimi qiymətləndirir, kəklikotu çayını içməyi tövsiyə edirlər.

Lakin təzyiqi aşağı olan insanlarda bu çay təzyiqin daha da aşağı düşməsinə səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.