Cəmiyyət

Məhkəmə ekspertizası sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair layihələr hazırlanacaq

11 Dekabr 2025 14:33
Baxış: 176
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni çağırışlar, qlobal trendlər və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, məhkəmə ekspertizası sahəsində normativ hüquqi bazanın təkmilləşdiriləcək.

Milli.Az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 - 2030-cu illər üçün Konsepsiya"ında öz əksini tapıb.

Məhkəmə ekspertizası sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün mütərəqqi təcrübələrin öyrənilməsi, qabaqcıl təcrübələr, habelə yerli xüsusiyyətlər və mövcud ehtiyaclar nəzərə alınmaqla, məhkəmə ekspertizası sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair layihələrin hazırlanması, razılaşdırılması və aidiyyəti üzrə təqdim olunması, məhkəmə ekspertizası sahəsində yeni normativ hüquqi aktların qəbulu ilə məhkəmə ekspertizası fəaliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.