Maraqlı

Gözəllik salonuna gedən xanım oradan “qurbağa görünüşü” ilə ayrılıb - VİDEO

28 Mart 2022 15:30
1 Şərh     Baxış: 1 660
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şotlandiyalı bloqer Ketlin Kallahan gözəllik salonunda üzünü iynə ilə daraltmaq qərarına gəlib.

Lakin xanım salondan "qurbağa görünüşü" ilə ayrılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, yeni görkəmini "TikTok"da paylaşıb.

Bloqer zərif üz cizgilərinə nail olmaq istədiyini və çənə altındakı piy toxumasını azaltmaq üçün kosmetologiyadan istifadə etdiyini bildirib. Kosmetoloq müştərini prosedurdan sonrakı şişkinlik ehtimalı barədə xəbərdar edib, lakin Kallahan belə nəzərəçarpan nəticələr gözləmədiyini deyib.

"Mən öküz qurbağasına oxşayıram", - deyə xanım yeni görünüşünü şərh edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.