Maraqlı

Hansı məhsul dağınıq sklerozu şiddətləndirir?

27 Mart 2022 12:45
0 Şərh     Baxış: 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın Bonn və Erlangen-Nürnberq universitetlərinin alimləri belə qənaətə gəliblər ki, inək südü dağınıq sklerozun gedişatını ağırlaşdıra bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, tədqiqatlar inək südündə olan kazein zülalının sinir hüceyrələrinin xarici təbəqəsində pozğunluqlara səbəb ola biləcəyini müəyyən edib. Bu effekti yoxlamaq üçün siçanlara yüksək dozada kazein verilib ki, bu da heyvanlarda nevroloji pozğunluqlara səbəb olub.

Qeyd olunub ki, bu təsir yalnız dağınıq sklerozlu və kazeinə allergiyası olan xəstələrdə özünü göstərir. Sağlam insanlarda isə süd ancaq allergiyanın olması halında xəstəliyin inkişaf riskini artıra bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.