Maraqlı

Türkiyəli həkim koronavirusdan qoruyan ən yaxşı TƏBİİ VASİTƏnin adını açıqladı

3 Mart 2022 08:25
0 Şərh     Baxış: 1 202
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış türkiyəli həkim-nevroloq, professor Ali Kemal Erdemoğlu immun sistemini möhkəmləndirən və koronavirusdan qoruyan ən yaxşı təbii vasitənin adını açıqladı.

Saglamolun.az Sabah nəşrinə istinadla bildirir ki, həkimin sözlərinə görə, bu qlutationdur. Professor Erdemoğlu onu "əsas antioksidant" adlandırıb.

Qlutation immun sistemini möhkəmləndirir, qaraciyərin sağlamlığını yaxşılaşdırır, orqanizmi vaxtından tez qocalmaqdan və neyrodegenerativ xəstəliklərdən qoruyur.   

Qlutation güclü virus əleyhinə xüsusiyyətlərə malikdir və bu da koronavirusdan qorunmağa yardım edir. Bu maddənin orqanizmdə defisiti COVID-19 infeksiyasının gedişatını ağırlaşdırır, ağciyər iltihabını ağırlaşdırır ki, bu da distress-sindromunun inkişafını və xəstənin ölümünün riskini kəskin artırır.    

Həkimin sözlərinə görə, bəzi qida məhsulları orqanizmdə qlutationun sintezini artırır. Bu kükürdlə zəngin olan soğan, sarımsaq, kələm və həmçinin qulançar, kartof, bibər, kök, kabaçki, ispanaq, süd məhsullarıdır. Müntəzəm fiziki aktivlik də orqanizmdə qlutationun səviyyəsini artırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.