Pis yuxu, allergiya və stress gözlərin yorulmasına, alt bölgənin qaralmasına səbəb olur. Dərinin bu hissəsi həssasdır və gecə daha çox nəmləndirilməyə ehtiyac duyur.
Milli.Az Axşam.az-a istinadən gecə yatmazdan əvvəl göz ətrafındakı dərini bərpa edən və qidalandıran maskanı təqdim edir.
Tərkibi:
kokos yağı,
Vitamin E tableti
Buxur yağı
Bir qabda 1 xörək qaşığı kokos yağını əridib üzərinə E vitamini və iki-üç damcı buxur yağı əlavə edin. Yaxşı qarışdırın və qapaqlı kiçik bir qaba köçürün. Bu tərkibi soyuducuda saxlaya bilərsiniz. Gecə yatmazdan əvvəl göz altına və çevrəsinə çəkin. Gecə boyunca maska dəriyə nüfuz edəcəkdir.
Yatmazdan əvvəl çəkməyi unutmusunuzsa, səhərlər makiyaj çəkməzdən ən azı 10 dəqiqə əvvəl də istifadə bilərsiniz.
Milli.Az