Maraqlı

102 yaşlı avtomobil həvəskarı uzunömürlülüyün sirrini açıb

22 Fevral 2022 17:06
0 Şərh     Baxış: 1 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2022-ci ilin martında 103 yaşı olacaq ABŞ sakini uzunömürlülüyün sirrini açıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Men ştatının kiçik Madavosk şəhərindən olan 102 yaşlı Armand Martin qoca yaşına baxmayaraq, öz evində tək yaşayır və avtomobil həvəskarı olaraq qalır.

O, oğlunun müşayiəti ilə ərzaq və dərman üçün alış-verişə çıxır.

Beş il qoca qəzaya düşüb və şəxsi nəqliyyat vasitəsindən imtina etmək qərarına gəlib. Lakin sürücülük üçün çox darıxdığından 101 yaşında yeni avtomobilinə sahib olub.

1919-cu il təvəllüdlü kişi uşaqlıqdan oxumağı çox sevdiyi üçün bu qədər yaşadığını düşünür. O, kitabsız bir gün belə keçirmir. Ən çox sevdiyi janrlar isə vestern və elmi fantastikadır.

Amerikalı uzunömürlülüyünü oxumaqla yanaşı, daimi məşğulluq, düzgün qidalanma və aktiv həyat tərzi ilə izah edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.