Maraqlı

Tez-tez bu maskaları edin

6 Fevral 2022 13:30
0 Şərh     Baxış: 1 601
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çiyələk məsamələri sıxan, ölü dəridən qurtulmağa kömək edən, rəngini bərabərləşdirən, beləliklə daha parlaq və hamar cild əldə etməyə kömək olan təbii vasitədir.  

Milli.Az Axşam.az-a istinadən ev şəraitində hazırlaya biləcəyiniz çiyələk maskalarını təqdim edir.

Tərkibi:

2 çiyələk
1 çay qaşığı bal
1 çay qaşığı yumurta ağı

Vasitələri qarışdırıb əldə etdiyiniz maskanı üzünüzə çəkin. Təxminən 10 dəqiqə qurumağa buraxın. Bir az qaşınma təsiri ola bilər. Maskanı yuyaraq təmizləyə bilərsiniz.

Tərkibi:

2 çiyələk
2 xörək qaşığı qatıq

Çiyələkləri püre halına salıb üzərinə qatıq əlavə edin və yaxşıca qarışdırın. Dəriniz çox qurudursa, ona 1 çay qaşığı bal da əlavə edə bilərsiniz. Maskanı təmiz üzə çəkib 15-20 dəqiqə gözləyin və isti su ilə yuyun. Sonda kokos yağı istifadə edərək dəriyə qulluğunuzu tamamlayın.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.