Maraqlı

Peyvənd olunmamış meyvələr beyin iltihabına səbəb olur

30 Dekabr 2021 21:35
0 Şərh     Baxış: 383
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son zamanlarda bir sıra ölkələrdə tibbi adı ensefalit olan epidemiya ortaya çıxıb və ciddi insan itkiləri ilə nəticələnir. Beyin funksiyalarını pozaraq qalıcı ziyana səbəb olan bu xəstəlik yaşından, cinsindən, coğrafiyasından asılı olmayaraq bir çox səbəblərə görə inkişaf edə bilər.

Milli.Az aztibb.az-a istinadən bildirir ki, virus və viral infeksiyaların səbəb olduğu bilinən ensefalit dəridəki açıq yaralardan belə qan və sidik yolları ilə bədənə daxil olma xüsusiyyətinə malikdir. Bədənə daxil olan viruslar və infeksiyalar beyin toxumasında yerləşir, iflic, insult, yaddaş itkisi, görmə və eşitmə pozğunluğu kimi qalıcı zədələrə səbəb olur.

Ensefalitə peyvənd edilməmiş meyvə və tərəvəzlər səbəb ola bilər. Digər səbəblər arasında qeyri-düzgün gigiyena şərtləri, zəif immunitet sistemi, dəridə kəsik və ya yara kimi açıq sahənin olması, peyvənd edilməmiş heyvanların dişləməsi və s. yer alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.