Maraqlı

Brokkolinin ürək-damarlara faydası

23 Dekabr 2021 23:25
0 Şərh     Baxış: 709
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı diyetoloq Cenifer Vays və Kim Denhaus brokkolinin ürək, damar və qaraciyərə təsirini açıqlayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, brokkolidə karbohidrat azdır, lif çoxdur, onda C, K, A vitaminləri, fol turşusu, kaliy, fosfor çoxdur.

Brokkoli orqanizmin xəstəlik və infeksiyalara qarşı müqavimətini artırır, hüceyrələrə antioksidant təsir edib qoruyur.

"Antioksidantlar ürək xəstəliklərinin qarşısını alır, damarları möhkəmlədir, divarlarında yağ tıxanmarını təmizləyir.

Brokkoli kələm xromla zəngin olduğu üçün noradrenalinin sintezini, melatonin və serotonini artırır, bununla da insanın əhvalı yaxşılaşır. O, qaraciyərin də işini yaxşılaşdırır, oynaqlarda qığırdaqları bərpa edir.

İstər ürək,təzyiq, istərsə də şəkər xəstələri hər gün istifadə etməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.