Maraqlı

Ürəyin sağlam qalmasına xidmət edən 10 ən yaxşı bənövşəyi rəngli qida - SİYAHI

19 Dekabr 2021 11:45
0 Şərh     Baxış: 723
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ürəyin sağlamlığına, yaddaş və idrak funksiyasına müsbət təsir edən 10 müxtəlif meyvə və tərəvəz var ki, onların hamısının ümumi bir rəngi var.

Milli.Az oxu.az-a istinadən bildirir ki, mütəxəssislər iddia edir ki, sağlamlığı yaxşılaşdırmaq üçün qida rasionuna bənövşəyi rəngli qidaları daxil etmək lazımdır.

Bənövşəyi rəngli tərəvəz və meyvələrdə spesifik xüsusiyyətlərə malik, immun sisteminin vəziyyətinə yaxşı təsir göstərən antosiyaninlər var.

Bu maddələr qan damarlarının divarlarını gücləndirir, həmçinin insultun inkişafına mane olurlar.

Bu maddələrlə zəngin qida yeyənlərin infarkt keçirmə ehtimalı, yeməyənlərlə nisbətən 32 faiz az olur.

Bu rəngdə olan qidaların başqa bir xüsusiyyəti idrak funksiyasına müsbət təsir göstərən polifenolların çox olmasıdır.

Bənövşəyi rəngli qidalar yaddaşı yaxşılaşdırmağa, insanı daha aydın və sakit düşünməyə kömək edə bilər.

Üstəlik, bu qida görmə qabiliyyətini yaxşılaşdıra və beyin fəaliyyətini artıra bilər.

Tövsiyə olunan bənövşəyi qidalar:

Tünd üzüm

Böyürtkən

Qaragilə

Qara qarağat

Əncir

Gavalı

Qırmızı soğan

Yemişanın giləmeyvələri

Qırmızı reyhan

Badımcan

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.