Maraqlı

Yaddaşı möhkəmləndirən QOXU

1 Yanvar 2022 08:41
0 Şərh     Baxış: 817
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aromaterapiya yaddaşı möhkəmləndirməyə kömək edir. Bunu Nortumbriya Universiteti (İngiltərə) alimləri aşkar ediblər.

Rosbalt xəbər verir ki, İngiltərə alimləri eksperimentlər zamanı belə nəticəyə gəliblər ki, bibəriyənin qoxusu yaddaşı yaxşılaşdırır. Bunu aşkar etmək üçün alimlər xüsusi yaddaş testləri aparıblar. Testlər əvvəl adi otaqda, daha sonra bibəriyə qoxusu olan otaqda aparılıb. Məlum olub ki, bibəriyənin qoxusu testlərin nəticələrinə təsir edib və nəticələr 7% artıb.

Alimlərin sözlərinə görə, bibəriyənin qoxusu həm böyüklərin, həm də uşaqların yaddaşına müsbət təsir edir. Alimlərin fikrinə görə, bunun səbəbi bibəriyənin beyində informasiyanın daşınmasına cavabdeh olan xüsusi birləşmələrə olan təsiridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.