Hadisə

Bakıda azyaşlı qızların istismar edildiyi küçə: "Burada əxlaqsızlıqla da məşğuldular" - VİDEO

4 Oktyabr 2021 11:14
2 Şərh     Baxış: 7 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nəsimi rayonu ərazisində çayxana adı altında gənc qızları əxlaqsızlığa cəlb edirlər.

Milli.Az Baku.ws-ə istinadən xəbər verir ki, "Memar Əcəmi" metrosunun yaxınlığında yerləşən çay evlərində çalışan azyaşlı qızların əks olunduğu görüntülər yayımlanıb.

Görüntüləri yayan bloger Jam Quliyevin sözlərinə görə, bu obyektlərdə işləyən qızların çoxu azyaşlıdır və burada əxlaqsızlıq təbliğ edilir.

O, daha sonra yayımladığı digər bir görüntüdə Daxili İşlər Nazirliyinin həmin ərazidə əməliyyat keçirdiyini və ümumilikdə 30-dan çox insanın saxlanıldığını bildirib.

Bununla bağlı Daxili İşlər Nazirliyində araşdırmalara başlanılıb.

Bu barədə DİN-in mətbuat xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev Baku.ws-ə məlumat verib. Onun sözlərinə görə araşdırmalardan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.