Hadisə

İtaliyada təyyarə yaşayış binasına çırpıldı: Altı nəfər həlak olub - VİDEO

4 Oktyabr 2021 18:30
0 Şərh     Baxış: 791
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın San Donato Milan şəhərində şəxsi təyyarənin qəzaya uğraması nəticəsində altı nəfər həyatını itirib.

Qeyd olunur ki, təyyarə təmirdə olan yaşayış binasına çırpılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, binada təmirlə əlaqədar yaşayışın olmadığı bildirilib.

San Donato Milan şəhərindən Sardiniyaya uçan təyyarənin göyərtəsində beş sərnişin və bir pilot olub.

Təyyarə binaya çırpılandan dərhal sonra yanmağa başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.