Hadisə

Xəzərdə batan 25 yaşlı gəncin meyiti tapıldı

6 Sentyabr 2021 13:44
0 Şərh     Baxış: 885
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəzərdə nəzarətsiz ərazidə batan 25 yaşlı gəncin meyiti tapılıb.

Milli.Az bildirir ki,  Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, sentyabrın 5-də Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə batan 1996-cı il təvəllüdlü Qafarov Kənan Vüqar oğlunun axtarışları başa çatıb.

K.Qafarovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.