Hadisə

Həyat yoldaşını qətlə yetirən Cəlilabad sakini tutulub

2 Sentyabr 2021 12:48
0 Şərh     Baxış: 1 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mayın 28-də rayon sakini Rəna Xanaliyevanın qəsdən öldürülməsi faktı əsasında Cəlilabad rayon prokurorluğunda istintaq aparılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Rayon Prokurorluğundan verilən xəbərə görə, aparılmış istintaqla məlum olub ki, zərərçəkmişin keçmiş əri Cavid Bayramov qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Rəna Xanaliyevanın iradəsi ziddinə mənzilinə daxil olaraq bıçaqla xəsarət yetirərək onu qəsdən öldürüb.

Cavid Bayramov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 157-ci (mənzil toxunulmazlığını pozma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.