Hadisə

Lənkəran və Lerikdə qanunsuz ağac kəsintisi ilə bağlı cinayət işi başlandı

17 Avqust 2021 19:18
0 Şərh     Baxış: 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlətin ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində həyata keçirdiyi siyasətə kölgə salan hallara qarşı prokurorluq orqanları tərəfindən digər dövlət qurumları əlaqəli şəkildə kompleks mübarizə tədbirləri davam etdirilir.

Həyata keçirilən bu tədbirlərin davamı kimi, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Gürdəsər, Lerik və Razvandoband meşəbəyliklərinin ərazilərində ağacların qanunsuz kəsilməsi barədə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzindən daxil olmuş material əsasında Lerik rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, araşdırmalarla Gürdəsər meşəbəyliyinin 23 saylı meşə dolayısında 54 ədəd 10 min manat dəyərində, Lerik meşəbəyliyinin 14 saylı meşə dolayısında 21 ədəd 6 min manat dəyərində, Razvandoband meşəbəyliyinin 22 saylı meşə dolayısında isə 17 ədəd 17 min manat dəyərində müxtəlif cins və diametrdə olan ağacların qanunsuz kəsilərək meşə sahəsindən aparılması aşkar olunub.
Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Lerik rayon polis şöbəsinin istintaq qrupuna tapşırılıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.