Hadisə

Zorla ərə verilən 23 yaşlı qız özünü körpüdən atdı

4 Avqust 2021 05:05
Baxış: 6 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şişlidə (Türkiyə) ərə getmək istəməyən gənc qız körpüdən tullanaraq intihara cəhd edib.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, ağır yaralanan qızın "23 bacı və qardaşım var, tək məni saxlaya bilmədilər" ifadəsini işlətdiyi bəlli olub. "Mən artıq burada yaşamaq istəmirəm, heç bir ixtisasım, ümidim yoxdur. Gələcək üçün bir planım yoxdur" deyə qız bildirib.

Məlumata görə, ailəsi tərəfindən ərə verilən 23 yaşlı Elif  Iğdırdakı ailəsindən qaçaraq İstanbula gəlib. Gecəsini dostları ilə birlikdə keçirən gənc qız səhər  sarsıntı keçirib və yoldaşlarının gözü qarşısında intihara cəhd edib. Yaralı qızın səhhəti ağır olaraq qalır.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.