Hadisə

Hökməli Bələdiyyəsinin işçisi cəzalandırıldı - FOTO

7 May 2021 15:04
Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonunun Hökməli bələdiyyəsinin işçisi cəzalandırılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, mayın 5-də Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 28 May qəsəbəsində keçirilən tədbir zamanı E.Müslümov küçəsində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə Hökməli Bələdiyyəsinin işçisi X.Eyvazov barəsində protokol tərtib edilərək inzibati tənbeh tədbiri tətbiq olunub.

Həmçinin qısa müddətdə həmin ərazinin təmizlənməsi təmin edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.