Hadisə

"Torqovı"da tavanı çökən bina təmir edilir - RƏSMİ

22 Sentyabr 2020 20:04
Baxış: 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda tavanı çökən binada təmir işlərinə başlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Nəsimi rayon Mənzil-Kommunal İstismar Sahəsindən (MKİS) bildiriblər. Qeyd olunub ki, təmir işlərinə ötən gündən başlanılıb:

"Nizami küçəsi (Torqovı) 105 ünvanında yaşayış binasının tavanının çökməsi nəticəsində bir mənzilə ziyan dəyib. Hadisə baş verəndən sonra icra hakimiyyətinin əməkdaşları əraziyə baxış keçiriblər. Artıq ötən gündən etibarən təmir işlərinə başlanılıb və iki gün ərzində yekunlaşacağı gözlənilir".

MKİS-dən əlavə ediblər ki, tavanı çökən mənzildə bir neçə aydır ki, yaşayış yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.