Hadisə

Karantin qaydalarını pozaraq ad günü keçirənlər cərimə olundu

3 Sentyabr 2020 18:07
Baxış: 1 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq əyləncə məclisi keçirmələri barədə "İnstagram" sosial şəbəkəsində görüntülər paylaşılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin məclisin təşkilatçısı və iştirakçıları müəyyən edilib, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Sabunçu rayonunun Ramana qəsəbəsindəki evlərin birində keçirilmiş ad günü məclisinin təşkilatçısı İbrahim Hüseynov, iştirakçıları Rüfanə Əzimzadə, Ofeliya Əzimzadə, Günay Tapdıqova və Aydan Muxtarova xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılıblar.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokollar tərtib olunaraq, hər biri 100 manat cərimə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.