İşğal olunmuş Dağlıq Qarabağda bir gündə iki erməni əsgəri naməlum şəraitdə ölüblər.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, ölüm halları Qarabağın müxtəlif bölgələrində qeydə alınıb.
Bildirilir ki, Dağlıq Qarabağın cənub-şərqində 2000-ci il təvəllüdlü Tiqran Manvelyan, cənubunda isə Tiqran Mxoyan naməlum şəraitdə aldıqları güllə yaraları nəticəsində ölüb.
İnsidentlərlə əlaqədar araşdırma aparılır.
Milli.Az