İşğal olunmuş Dağlıq Qarabağda erməni əsgərləri ölüb

12 Fevral 2020 21:45

İşğal olunmuş Dağlıq Qarabağda bir gündə iki erməni əsgəri naməlum şəraitdə ölüblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ölüm halları Qarabağın müxtəlif bölgələrində qeydə alınıb.

Bildirilir ki, Dağlıq Qarabağın cənub-şərqində 2000-ci il təvəllüdlü Tiqran Manvelyan, cənubunda isə Tiqran Mxoyan naməlum şəraitdə aldıqları güllə yaraları nəticəsində ölüb.

İnsidentlərlə əlaqədar araşdırma aparılır.

Milli.Az