Hadisə

Zaqatalada 41 yaşlı kişi vəhşicəsinə döyüldü

21 Oktyabr 2025 17:40
Baxış: 384
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Zaqatalada 41 yaşlı kişi vəhşicəsinə döyülüb.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, hadisə gecə saatlarında Zaqatala şəhəri ərazisində qeydə alınıb.

Zaqatala şəhər sakini, 41 yaşlı İskəndər Yusif oğlu Musayev kəllə-beyin travması, başın acıq yarası xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

İlkin araşdırma zamanı İ.Musayevin döyülərək ağır xəsarətlər aldığı məlum olub.

DİN-in Mətbuat Xidməti Şəki regional qrupundan bildirilib ki, əməli törədən şəxslərin kimliyi müəyyən olunub və saxlanılmaları istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.