Hadisə

Eldar Sultanov: Yevlaxda ölümlə nəticələnən yol qəzası barədə məlumat yalandır

9 Fevral 2020 15:05
0 Şərh     Baxış: 1 487
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş Prokurorluq Bakı-Qazax yolunda yol qəzası baş verməsilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "facebook" sosial şəbəkəsindəki profilində bildirib ki, bəzi kütləvi informasiya vasitələrində fevralın 9-da guya Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində 3 nəfərin ölümü, 7 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsinə dair məlumatlar yayılıb.

"Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur.

Göstərilənlərlə əlaqədar, kütləvi informasiya vasitələrinin nümayəndələrindən bir daha xahiş olunur ki, sensasiya naminə reallığı əks etdirməyən məlumatların gələcəkdə yayılmaması, habelə bu kimi halların təkrarlanmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün aidiyyəti qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirsinlər", - deyə E.Sultanov yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.