Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən Siyəzən rayonunun Eynibulaq kəndinin ərazisindən 1 ədəd nömrəsi silinmiş "Naqan" markalı tapança tapılıb.
Tapança Siyəzən Rayon Polis Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az