Hadisə

Aeroport yolunda maşın dəmir arakəsməni yararaq divara çırpıldı - FOTO

24 İyul 2025 00:14
Baxış: 517
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, yüksək sürətlə hərəkət edən 77 GT 208 dövlət qeydiyyat nişanlı "Mini Cooper" markalı avtomobilin sürücüsü idarəetməni itirərək, onunla eyni istiqamətdə hərəkət edən 90 LF 135 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilə çırpılıb.

Zərbənin təsirindən "Mini Cooper" yolun kənarındakı dəmir maneəni aşaraq divara çırpılıb. Hadisə yerinə dərhal yol patrul xidməti əməkdaşları cəlb olunub.

Qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.