İdman

Məşhur futbolçu: "Qadın futbolu psixi xəstəlikdir"

24 İyul 2025 14:57
Baxış: 867
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Mançester Siti" klubunun sabiq futbolçusu Coi Barton qadın futbolu ilə bağlı qalmaqallı açıqlama verib.

Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, idmançı qadın futbolçular arasında AVRO-2025 turnirinin ikinci yarımfinal matçından sonra sosial şəbəkələrdə paylaşım edərək, qadınların meydandakı oyununu psixi pozğunluqlarla müqayisə edib.

"Qadın futbolu - bu, psixi xəstəlikdir", deyə Barton X platformasında yazıb.

Qeyd edək ki, turnirin final oyunu 27 iyul tarixində İsveçrənin Bazel şəhərindəki "Zankt-Yakob Park" stadionunda keçiriləcək. İngiltərə yığması yarımfinalda İtaliya komandasını 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Onlar həlledici qarşılaşmada Almaniya üzərində əlavə vaxtda 1:0 hesablı qələbə qazanan İspaniya ilə qarşılaşacaqlar. 

Coi Barton 2002-2017-ci illərdə İngiltərənin "Mançester Siti", "Nyukasl", "Queens Park", "Barnli", Şotlandiyanın "Reyncers" və Fransanın "Marsel" klublarında çıxış edib. O, 2007-ci ildə İngiltərənin əsas yığmasında bir rəsmi oyuna çıxıb. 42 yaşlı veteran yarımmüdafiəçi daha sonra məşqçiliyə başlayıb. O, indiyədək "Flitudd Toun" və "Bristol Rovers" klublarını çalışdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.