Türkiyənin məşhur iqtisadiyyat yazarlarından biri olan Nazlı Sarp vəfat edib.
Milli.Az xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, yazarla iki gün ərzində əlaqə saxlaya bilməyən yaxınları vəziyyətdən narahat olaraq hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Hadisə yerinə gələn polis əməkdaşları İstanbulun Şişli rayonunda yerləşən mənzildə axtarış aparıb və Nazlı Sarpın cansız bədəni ilə qarşılaşıblar.
Əraziyə çağırılan tibbi heyət ilkin müayinələr aparıb. Yazıçının meyiti ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə tibbi ekspertizaya göndərilib. Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Kənan
Milli.Az