Siyəzəndə "Naqan" tapıldı

21 İyul 2014 14:09
Siyəzən rayonunun Eynibulaq kəndinin ərazisindən "Naqan" markalı tapança tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən Siyəzən rayonunun Eynibulaq kəndinin ərazisindən 1 ədəd nömrəsi silinmiş "Naqan" markalı tapança tapılıb.
 

Tapança Siyəzən Rayon Polis Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az