Siyasət

Erməni deputat: Ermənistan dəhlizin Sünikdən keçən hissəsini icarəyə vermək fikrindən vaz keçib

24 İyul 2025 22:31
Baxış: 1 556

"Ermənistan dəhlizin Sünikdən keçən 42 kilometrlik hissəsini icarəyə vermək fikrindən vaz keçib."

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ermənistanın "Mülki müqavilə" fraksiyasından olan deputatı Arman Eqoyan deyib.

"Dəhlizin Sünik rayonundan keçən hissəsinin icarəyə verilməsi ideyası ABŞ tərəfindən irəli sürülüb. Lakin Ermənistan bu formatı qəbuledilməz hesab edib. Biz riski funksiyaların özlərində deyil, icarədə gördük. Bu, suverenlik məsələlərində güzəştlərə səbəb ola bilər. Bu variant bizim üçün qəbuledilməz idi", - o, qeyd edib.

Deputatın sözlərinə görə, tərəflər arasında fikir mübadiləsi aparılıb, lakin Ermənistan tərəfinin imtinasından sonra müzakirəyə son qoyulub.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.