11:06
Rusiyada qəzaya uğrayan təyyarədə olan 43 sərnişin və 6 ekipaj üzvünün hamısı ölüb
Milli.Az xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.
10:24
Rusiyanın Amur vilayətində 43 nəfəri daşıyan "An-24" tipli sərnişin təyyarəsi ilə əlaqə itib.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd olunur ki, təyyarə Amur vilayətinin Tında rayonu üzərində radarlardan itib. Hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib.
Rusiya Fövqəladə Hallar Nazirliyi insidentin baş verdiyini təsdiqləyib. Məlumata görə, təyyarə Xabarovsk-Blaqoveşensk-Tında marşrutu üzrə hərəkət edirmiş.
Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, təyyarədə 5-i uşaq olmaqla 43 nəfər, o cümlədən 6 ekipaj üzvü olub.
Kənan
Milli.Az