Hadisə

Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin FOTOsu

17 Sentyabr 2025 16:03
Baxış: 986
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabad rayonunun Xəlilabad kəndində 17 yaşlı S.Ə. sinif yoldaşı, yaşıdı Kənan İmanzadəyə bıçaqla xəsarət yetirib. Ağır yaralanan yeniyetmə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az-ın məlumatına əsasən, İTV-yə danışan Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkimi bildirib ki, Kənan Əhəd oğlu İmanzadə döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş boşluğa keçən yarası ilə xəstəxanaya qəbul olunub.

"Xəstəyə baxıldı və təcili əməliyyata salındı. Torakotomiya olunduqdan sonra ürəyinin sağ mədəciyinin kəsilmiş-deşilmiş yarası, ürəyin tamponadası aşkarlandı. Ürək yarası tikildi. Aparılan reanimasyon tədbirlərə baxmayaraq, ölüm halı qeydə alındı", - deyə həkim əlavə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.