İqtisadiyyat

Eyni məhsul, fərqli qiymət – Bazarlarda bahalaşmanın səbəbi nədir?

18 Sentyabr 2025 10:10
Baxış: 449
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bazarlarda eyni məhsullar fərqli qiymətlərə təşkil olunur. 

Milli.Az xəbər verir ki, bazarlarda qiymət artım müşahidə olunur. Bunu satıcılar da təsdiq edirlər.

Onların sözlərinə görə, Xaçmaz pomidoru 80 qəpik, Göyçay pomidoru 3 manat, Şəmkir xiyarı 2 manat, badımcan 50 qəpik, bibər 60 qəpik, soğan 50 qəpik, kartof 80 qəpikdir. 

Eyni məhsullar paytaxtın digər bazarlarında isə bir az bahadır. Bu bahalaşma 50 qəpik-1 manat arasıdır. Alıcılar isə məhsulların bu il mövsümdə belə ucuzlaşmadığını bildirirlər. 

Bölgə bazarlarında isə qiymət paytaxtla çox az fərq edir. Rayonlarda da qiymətlər ucuz deyil. Əksər məhsulların qiymətində artım müşahidə olunur. 

Satıcılar qiymət artımını havaların isinməsi və mövsümlə əlaqələndirirlər. Həmçinin, onlar eyni məhsulların fərqli qiymətlərə satılması alıcı sayı, icarə haqqı və bazarın yeri ilə əlaqələndirilər. 

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.