Şou-biznes

“Mənim kəbinli arvadım var”

15 Sentyabr 2025 21:49
Baxış: 742
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xalq artisti Faiq Ağayev ailə qurmaması ilə bağlı suala cavab verib.

Milli.Az xəbər verir ki, bu barədə sənətçi "Gün ortası" verilişində danışıb.

"Mənim kəbinli arvadım var, o, mənim sənətimdir. Hamıdan çox qısqancdır, tələbkardır, hamıdan çox mənə sığal çəkir və dəstək verir. Həyat kopya deyil ki, hamıda eyni cür olsun. Bizim həyatımız valideynlərimizin həyatına bənzəmir, bizim övladlarımızın da həyatları bizimkilərə oxşamır. Sənətim elə tələbkar həyat yoldaşıdır ki, evlənmək üçün gərək onunla boşanım. Onu da etmək istəmirəm, sənətimi çox sevirəm. Sənətimdə tam oluram, Faiq Ağayev oluram. Tək qalmağa məqam tapmıram. Ancaq başımı yastığa qoyanda tək oluram. Qalan vaxtlarda ya işçilərimlə oluram, ya da anamla", - deyə, Ağayev bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.