Türkiyə

Şəhzadə Atatürkün məzarını ziyarət etdi - Dırnaqları diqqət çəkdi - FOTO

18 Sentyabr 2025 09:49
Baxış: 507
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yaponiya şahzadəsi Akiko Mikasa Türkiyəyə səfəri çərçivəsində Anıtkabiri ziyarət edib.

Milli.Az xəbər verir ki,  Anıtkabirə gələn şahzadə Mustafa Kamal Atatürkün məqbərəsinə əklil qoyub və bir dəqiqəlik sükutla yad edib.

Daha sonra Milli Pakt Qülləsinə keçərək Anıtkabir Xüsusi Kitabını imzalayıb.

Ziyarət zamanı qırmızı və ağ rəngli dırnaq bəzəkləri ilə diqqət çəkən Akiko Mikasanın manikürü sosial mediada müzakirə olunub. Onun dırnaqlarında Türkiyə və Yaponiya bayraqlarının simvolları əks olunub.

Ziyarət zamanı şahzadəni mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da müşayiət edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.