Sağlamlıq

Artıq çəkili insanları sevindirəcək xəbər - 450 min insan üzərinə araşdırıldı: Nəticə təəccübləndirir

18 Sentyabr 2025 03:03
Baxış: 268
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Nyu-Yorkdakı Tibb Məktəbi və Kopenhagen Universitetinin alimlərinin apardığı genişmiqyaslı araşdırma obez insanlarla bağlı gözlənilməz nəticələr ortaya qoyub.

Milli.Az xəbər verir ki, dünya miqyasında sürətlə yayılan obezitə adətən şəkərli diabet, ürək-damar xəstəlikləri və yüksək təzyiqin əsas səbəblərindən biri hesab olunur. Lakin, bu belə deyilmiş.

Avropa mənşəli 450 mindən çox insanın genetik məlumatlarının təhlili zamanı obeziteni ciddi xəstəlik risklərindən qismən qoruyan 266 genetik fərqlilik aşkar edilib. Məlum olub ki, bu genetik xüsusiyyətlərə sahib şəxslərin kökəlmə ehtimalı daha yüksək olsa da, onların şəkər, ürək xəstəliyi və təzyiq problemi ilə qarşılaşma riski digərlərinə nisbətən daha aşağıdır.

Mütəxəssislər bildiriblər ki, obezite vahid bir vəziyyət deyil, müxtəlif sağlamlıq təhlükələri ilə bağlı səkkiz fərqli alt tipdən ibarətdir. Ən maraqlı məqamlardan biri isə odur ki, bu qoruyucu genetik faktorların təsiri uşaqlarda da müşahidə olunub. Yəni belə uşaqlar kökəlsələr belə, metabolik xəstəliklərin əlamətlərini göstərmirlər.

Araşdırma müəllifləri hesab edirlər ki, əldə edilən nəticələr gələcəkdə həkimlərin hansı insanların daha böyük risk altında olduğunu müəyyənləşdirməsinə və yeni müalicə üsullarının hazırlanmasına imkan verəcək.

Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, bu nəticələr obezitenin təhlükəsiz olduğunu göstərmir. Qidalanma və fiziki aktivlik hər halda sağlamlığın qorunmasında əsas rol oynayır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə 2022-ci ildə dünya əhalisinin hər səkkiz nəfərindən biri artıq çəkidən əziyyət çəkib və son otuz ildə obezitenin yayılması iki dəfədən çox artıb.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.