Dişləri ağartmaq üçün limon suyu sürtmək olar? - Açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dişləri ev üsulları ilə ağartmaq çox vaxt faydasızdır və ağız sağlamlığı üçün ciddi risklər yaradır.
Milli.Az xəbər verir ki, bu barədə "gazeta"ya rusiyalı stomatoloq-terapevt Polina Soldatkina danışıb.
"Ən çox istifadə olunan üsullardan biri ağardıcı zolaqlar və hazır gellərdir. Onlar rahat və əlçatan olsa da, tərkib və doza dəqiq tənzimlənmir. Nəticədə diş ətlərində yanma, dişlərin qeyri-bərabər rəng alması, soyuğa və turşuya qarşı həssaslıq yaranır. Uzunmüddətli istifadə isə emalın zədələnməsinə və selikli qişanın xroniki qıcıqlanmasına səbəb ola bilər.
Xüsusi risk kappa dəstlərindədir. Evdə müstəqil istifadə zamanı kappa çox vaxt dişlərə sıx oturmur, gel diş ətlərinə axaraq kimyəvi yanıqlara yol açır. Konsentrasiya və istifadə müddətini düzgün seçməmək dişlərin həddindən artıq ağarmasına, ləkələrin əmələ gəlməsinə və davamlı həssaslığa səbəb ola bilər. Üstəlik, əldə edilən rəng çox vaxt tez itir.
Aşağı miqdarda peroksidli yaxalayıcı məhlullar və digər vasitələr yumşaq və yavaş təsir göstərir, bəzən isə demək olar ki, nəzərə çarpmır. Amma həddindən artıq istifadəsi ağızda quruluq, selikli qişanın qıcıqlanması və dişlərin həssaslığını artıra bilər. Davamlı ağardıcı effekt isə, adətən, əldə olunmur.
Ən təhlükəli üsullar isə "xalq reseptləri"dir. Soda, aktivləşdirilmiş kömür, limon, sirkə və s. Soda və kömür diş təbəqəsini kobud şəkildə aşındırır, mikroskopik çatlar yaradır. Turşular isə emalı yumşaldır, səthi kobudlaşdırır və ləkələrin daha tez yapışmasına şərait yaradır. Nəticədə dişlər incəlir, dişlər daha tünd və həssas olur.
Həkim həmçinin vurğulayıb ki, yüksək aşındırıcılı "ağardıcı təsirli" diş məcunlarından da gündəlik istifadə təhlükəlidir. Onlar dişlərin səthindəki ləkələri mexaniki yolla təmizləyir, lakin uzun müddət istifadədə mina təbəqəsini "yeyir", parıltını azaldır və həssaslığı artırır. Belə məcunlardan yalnız kurs şəklində və əlavə vasitə kimi istifadə məsləhətdir.
Qeyd edək ki, dişlərin rənginin qorunması üçün siqaretdən imtina, boyayıcı içkilərin azaldılması, düzgün gigiyena və yumşaq təsirli diş məcunlarından istifadə tövsiyə olunur.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Pulumu itirməyi deyil, aldadılmağımı qəbul edə bilmirəm” - (Video)
-
Alma, portağal və vişnə deyil: Ən güclü antioksidant mənbəyi olan meyvə şirəsi açıqlandı
-
Cəmi 30 dəqiqəyə hazırlanan dadlı kolbasalı şorba resepti
-
Ütünü zədələmədən yanıq və kirəcdən təmizləməyin yolları
-
Supermodellər haqqında heç vaxt danışılmayan 5 utandırıcı fakt
-
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
-
Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
-
Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
-
Günün qoroskopu: Paxıl həmkarlarınızdan ehtiyatlı olun
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Con Qudman 90 kq arıqladı - (Foto)
-
Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
-
Qara dənizdə vurulan gəmidən xilas edilən azərbaycanlıların (Fotosu)
-
Gəncədə 5 aylıq körpə evdə öldü - Yenilənib
-
Akif Əyyubov vəfat etdi - (Foto)
-
Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
-
"Mən aliməm" - Nüşabə Ələsgərli
-
Messi karyerasının ən böyük uğurunu açıqlayıb
-
"Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - (Foto)
-
İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
-
Valdas Dambrauskas ildə 50 kitab oxuyur
-
Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
-
Usta işlədiyi evdən meyiti tapıldı
-
Bağçalı Türkiyədəki səfirimizlə görüşüb - (Video)





